Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

28 Sentyabr 2026 16:27 (UTC+04:00)

Sentyabrın 29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə AzNews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.