Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəməri ilə ixracı bərpa edib

28 Sentyabr 2026 16:44 (UTC+04:00)

Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəməri vasitəsilə neft ixracını bərpa edib.

Bu barədə Bloomberg agentliyi vəziyyətdən xəbərdar mənbələrə istinadən məlumat yayıb.

“Bu ayın əvvəlində pilotsuz uçuş aparatlarının hücumları nəticəsində zədələnən kəmərin birləşmə hissəsi bərpa edildikdən sonra Səudiyyə Ərəbistanı əsas beynəlxalq neft kəməri ilə neft ixracını yenidən başlayıb”, – nəşrdə qeyd olunub.

Agentliyin məlumatına görə, neft tədarükünün bərpası Səudiyyə Ərəbistanının İranla müharibə zamanı istifadə etdiyi “alternativ ixrac marşrutu”na çıxışını yenidən təmin edəcək.

Mövsüm, AzNews.az