“Məkkə sazişi”ndə iştirak edən ölkələr yaxın həftələrdə təşkilatın Ər-Riyadda yerləşəcək daimi katibliyini yaratmağı planlaşdırır.
AzNews.az xəbər verir ki, bu barədə “Al-Monitor” portalı mənbələrə istinadla məlumat yayıb.
“Məkkə sazişi”nin təsisatlarının formalaşdırılması istiqamətində ilk addım kimi daimi katibliyin yaradılması nəzərdə tutulur. Sazişin birinci mərhələsi iştirakçı ölkələrin birgə qərargahının yaradılmasını da əhatə edir. Sazişin strukturu ilə bağlı texniki razılaşmalar sentyabrın 25-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan silahlı qüvvələrinin qərargah rəislərinin görüşü zamanı əldə edilib”, - mənbə bildirib.