Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, 2004-cü il təvəllüdlü İ.Həmidovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolu qarşı tərəfə keçən 2013-cü il təvəllüdlü Ə.Əsgərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.