Bu xanıma yüksək vəzifə verildi

29 Sentyabr 2026 10:24 (UTC+04:00)

Afər Mehrabova Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi”inin baş direktorunun müşaviri vəzifəsinə təyin olunub.

AzNews.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı baş direktor Fəxri Mehdiyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Afər Mehrabova bundan əvvəl sözügedən qurumun Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.