Azərbaycan nefti 122,5 dollara ticarət olunur

29 Sentyabr 2026 10:25 (UTC+04:00)

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

AzNews.az xəbər verir ki, ötən günün nəticələrinə görə “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,97 ABŞ dolları və ya 0,79% azalaraq 122,49 ABŞ dolları olub.

Bundan əvvəl Azərbaycan nefti 123,46 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.