Firmadan seyf oğurlandı

1 Oktyabr 2013 12:49 (UTC+04:00)
Sumqayıtda bir firmadan içərisində pul və sənədlər olan seyfi oğurlayan şəxs tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də "İnteryer" firmasına məxsus, içərisində 7 400 dollar pul, ştamp, möhürlər və sənədlər olan seyfi oğurlamış Saray qəsəbə sakini Kamran İsgəndərov yaxalanıb.


AzNews.az