40 ildən çox edam hökmünün icrasını gözləyən məhbus azadlığa buraxılacaq

29 Sentyabr 2026 12:54 (UTC+04:00)

ABŞ-nin Yuta ştatının sakini Duqlas Stüart Karter 40 ildən çox müddət ərzində edam hökmünün icrasını gözlədikdən sonra girov qarşılığında azadlığa buraxılacaq.

Buna səbəb onun DNT-sinin cinayət yerində aşkar edilmiş nümunələrlə uyğun gəlməməsidir.

Bu barədə CBS News telekanalı məlumat yayıb.

Karter 1985-ci ildə Provo şəhərinin polis rəisinin xalası Eva Olesenin qətlində təqsirli bilinərək məhkum edilib. Hökm təqsirləndirilənin özünün verdiyi etirafedici ifadələrə və Karterin onlara cinayət barədə danışdığını bildirən iki şahidin ifadəsinə əsasən çıxarılıb. Bununla belə, istintaqın Karterin qətl yerində olduğunu birbaşa təsdiqləyən maddi sübutları olmayıb.

Sonradan hər iki şahid verdikləri ifadələrdən imtina edib. Məhkumun özü isə bildirib ki, qətli etiraf etməyə hədələrlə məcbur edilib.

2025-ci ildə Yuta Ali Məhkəməsi müstəntiqlərin qanunsuz hərəkətlərinə istinad edərək iş üzrə yenidən araşdırma aparılmasına qərar verib. Yeni ekspertiza Karterin DNT-sinin Olesenin öldürüldüyü yerdə aşkar edilmiş bioloji izlərlə uyğun gəlmədiyini göstərib.

Mövsüm,

AzNews.az