Tokayev: Qazaxıstan Avropaya etibarlı enerji təchizatçısı olaraq qalmağa hazırdır

29 Sentyabr 2026 13:07 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 28-də ölkəsinin Avropa dövlətləri üçün etibarlı enerji resursları təchizatçısı statusunu qorumağa hazır olduğunu bildirib.

Tokayevin sözlərinə görə, Astana mövcud nəqliyyat imkanlarına əsaslanaraq bu missiyanı məsuliyyətlə yerinə yetirmək niyyətindədir. Prezident vurğulayıb ki, Qazaxıstan artıq enerji sahəsində Avropa İttifaqı üçün sabit tərəfdaş olduğunu sübut edib.

“Qazaxıstan Avropaya etibarlı və sabit enerji resursları təchizatçısı kimi özünü doğruldub. Ölkəmiz Avropa İttifaqının neft idxalının təxminən 13 faizini, təbii uran tədarükünün isə 20 faizini təmin edir”, – Tokayev Almaniyanın Handelsblatt nəşri üçün yazdığı məqalədə qeyd edib.

Mövsüm,

AzNews.az