Argentina Britaniyaya ultimatum verib

29 Sentyabr 2026 13:12 (UTC+04:00)

Argentina Folklend (Malvin) adaları yaxınlığında neft hasilatına yol verilməməsi ilə bağlı Böyük Britaniyaya iki həftəlik müddət qoyub.

Bu barədə Argentina Prezidenti Xavyer Mileyin mətbuat xidmətinin saytında məlumat verilib.

“Argentina Respublikası Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Argentina kontinental şelfində karbohidrogen ehtiyatlarının işlənməsinə yönəlmiş fəaliyyətin başlanmasının və ya davam etdirilməsinin qarşısını almaq üçün zəruri tədbirləri iki həftə ərzində görməyi rəsmi şəkildə tələb edib”, – məlumatda deyilir.

Argentina hakimiyyəti Böyük Britaniyanın tələbi yerinə yetirməyəcəyi təqdirdə Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala müraciət etmək niyyətindədir.

Mövsüm,

AzNews.az