Rusiyanın strateji bombardmançısı qəzaya uğrayıb, 6 hərbçi ölüb

29 Sentyabr 2026 18:23 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-95 strateji bombardmançı təyyarəsi Amur vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya MN hadisə nəticəsində 6 ekipaj üzvünün öldüyünü, bir nəfərin isə yaralandığını təsdiqləyib.

Məlumata görə, təyyarədə döyüş sursatı olmayıb.

Hadisə sentyabrın 29-da Amur vilayətinin Krasnoyanovo kəndi yaxınlığında baş verib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.