"Düşünürəm ki, burada hər iki amil öz təsirlərini göstərir. Bir tərəfdən, uşaqların sosial təsirlərə qapılması və müəyyən psixoloji gərginlik yaşaması ilə bağlı valideynlərin təbii narahatlıqlarını başa düşmək lazımdır. Digər bir tərəfdən də, valideyn nəzarətinin gücləndirilməsi istəyi Azərbaycan cəmiyyətində önəmli olaraq özünü ifadə edən gündəmdə olan bir məsələdir. Valideynlər təbii müəyyən mənada öz övladlarını nəzarət etmək istəyində haqlıdırlar. Təbii ki, çünki kənar təsirlərin rolu, əhəmiyyəti və uşaqların müəyyən mənada qarşı olan gözləntilərin doğrulmaması və bəzi sosial risklər, valideynlər bu kimi hallarda narahatlıq edirlər. Amma bəzi valideynlər, yəni, aşırı bir nəzarəti də norma hesab edirlər. Yəni, uşaqların müstəqilliyini, müəyyən məsələləri müstəqil bir şəkildə həll edə biləcəklərini, şəxsiyyətin formalaşması imkanlarını çox da nəzərə almırlar. Və qadağalar, məhdudiyyətlər müəyyən mənada problemləri həll etmək üçündür və insanlar çalışırlar ki, bu problemləri həll etməklə uşaqların inkişafına müəyyən bir əlverişli şərait yaratsınlar. Valideyn qayğısında yanlış deyilə biləcək bir şey varsa belə, yəni, bu yanlışın necə qəbul edilməsində məsələ çox əhəmiyyətli dərəcədə asılıdır. Bəzən olur ki, müəyyən yanlış hərəkətlər, valideynlərin yanlışları uşaqların xarakterini, psixologiyasını, düşüncəsini daha da qüvvətləndirir. Bu fərdi yanaşmalar, fərdi şəxsiyyət keyfiyyətlərinin formalaşması burada çox önəmli bir faktordur. Digər bir tərəfdən, məsələnin ictimai dəstək qazanmasına gəldikdə, yəni, qadağalar, məhdudiyyətlər müəyyən yaş dönəmində əlbəttə ki, vacibdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, uşaqların sosial şəbəkələrdən istifadəsinin yaratdığı risklər son dövrlərdə cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə azyaşlıların rəqəmsal platformalarda keçirdiyi vaxt, zərərli məzmunla qarşılaşması, sosiallaşma prosesinə təsir və valideyn nəzarəti məsələləri diqqət çəkir. Bu baxımdan 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin məhdudlaşdırılması ilə bağlı yanaşmalar da gündəmə gəlib. Məsələnin ictimai dəstək qazanması isə cəmiyyətdə uşaqların rəqəmsal mühitdən qorunması ilə bağlı narahatlığını artdığını göstərir.
Sosioloq qeyd edib ki, insan məhdudiyyət və məsuliyyət hiss etmədikdə davranışlarında normadan kənar və spontan hərəkətlərə yol verə bilər.
"Uşaqlar, yeniyetmələr bu məsələlərə daha həssas qruplar sayıldığı üçün, yəni, həm cinsi yaş strukturu, həm inkişaf sürəti baxımından daha tez təsirə qapılma ehtimalları yüksək olduğu üçün və statistika da bunu təsdiq edir, rəqəmlər də göstərir ki, yaratmaqdan deyək ki, uşaqlara və yeniyetmələrə təsir göstərmək, onların hansısa dini qruplara və yaxud deyək ki, deviant qruplara yönəltmək daha asandır. Müxtəlif sosioloji tədqiqatlar da bunu təsdiq edir, psixologiyada, yəni, müxtəlif araşdırmalarda, insan münasibətlərinin müxtəlif aspektlərində istifadə edən müxtəlif tədqiqatçılar da eynilik edə bilər və təbii ki, sosiallaşma prosesində təsir ümumilikdə həm obyektiv, həm də müxtəlif subyektiv faktorların şərtlərindən, yəni, burada imperativlər təqdi və müxtəlif ola bilər. Yanaşma tərzindən asılı olaraq uşaqların davranışını, müxtəlif davranışlarının, belə deyək, arzuolunmaz davranışlarını, hətta riskli tərzdə davranmalarını müddətdən də müşahidə etmişik. Əgər bu faktor varsa, demək ki, sosial şəbəkələrin təsiri ilə yanaşı, ailə mərkəzli təsirlər də yetərli qədərdir və bu da kifayət edir ki, bu prosesi müəyyən mənada edək ki, evdə, ailədə, məişətdə valideynlər, məktəbdə təhsil prosesində və yaxud müəyyən təlim mərkəzlərində pedaqoqlar, müəllimlər nəzarət etsinlər və təbii ki, bu nəzarət uşaqların özləri üçün çox faydalıdır. Təbii ki, müəyyən şəxsiyyət yenilik baxımına fərqlənən seçkilər və texnologiyaya bələd olan sosial davranışı, sosial məsuliyyəti özündə formalaşdıra bilən gənclər, yeniyetmələr və uşaqlar qruplarına müəyyən istisnalar ola bilər. Bu da yenə belə deyək ki, davranışlar bəzən aldadıcı xarakterdə olur. Deyək ki, ola bilər ki, uşaq müəyyən mühitdə özünü çox sakit, ədəbli, alicənab, tərbiyəli aparır, amma qoşulduğu bir deviant qrupda müəyyən ağlasığmaz hərəkətlər edir və yaxud kimisə təhqir, nəsə internetdə hansısa paylaşım edir, söz yazır, təhqir edir və s. bu kimi hərəkətlərə yol verir. Sonra da yaş məhdudiyyətinin baxımından məsuliyyətdən yayınaraq, belə deyək ki, onu sosiallaşanların sayı çoxalır. Özü də yenə təxmin edir ki, yaşına görə ola bilər ki, onu güzəşt edəcəklər, bağışlayacaqlar və yaxud bunu ciddi qəbul etməyəcəklər və s. Bütün bunların qarşısını almaq üçün nəzarət və həm ictimai nəzarət, həm də valideyn nəzarəti, eləcə də məktəblərin məktəb nəzarəti, müəllimlərin nəzarəti çox önəmli və vacibdir. İctimai dəstək qazanmaq ona görə, belə deyək ki, reallıqdır ki, bu prosesdə insanlar mənfi təsirləri az-çox dəyərləndirirlər və elin gözü müəyyən mənada önəmli tərzi olaraq qalır. İnsanlar görürlər, başa düşürlər ki, bu hərəkətlər, bu davranışlar, bu təsirlər uşaqları hansı istiqamətə yönəldir və övladlarının gələcəyi üçün də onların müəyyən mənada önləyici tədbirlər görməsi başa düşülür. Qanunvericilik də, dövlət də bunu, yəni, bir milli maraqlara uyğun sosial təhlükəsizlik məsələsi kimi qəbul edir və təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bu kimi məhdudiyyətlər, çərçivələr tətbiq olunur. Düşünürəm ki, cəmiyyətdə rəqəmsal mühitdən qorunmaq yox, rəqəmsal mühitə düzgün adaptasiya vacibdir. Bir mənada bunu qoruma kimi də qəbul etmək olmaz, sadəcə müəyyən bəzi məhdudiyyətlər tətbiq olunur ki, rəqəmsallığın və uşaqları həddən artıq lazımsız və çox zərərli və yaxud böyük qeyri-aktual, qeyri-etik konfliktlərə yönəltməsinin məişət pozğunluğuna gətirib çıxarması və yaxud uşaqların şəxsiyyətini ifadə edən, aşındıran müəyyən davranışların və mümkün təsirlərin qarşısı öncədən alınsın. Təbii ki, təhlükəsizlik faktoru bir daha deyərək ki, çox önəmlidir və hər bir halda, deyək ki, azyaşlıların bu prosesdə daha çox nəzərdə saxlanılması yeniyetmələrə və gənclərə nisbətən daha məqsədəuyğundur. Çünki yeniyetmələr və artıq 12 yaşına yaxınlaşan şəxslər müəyyən mənada artıq şəxsiyyət yönündə davranışlarını tam olaraq formalaşdırırlar və öz şəxsiyyətlərini ifadə etməkdə bir məsuliyyət daşıyırlar. Müəyyən qədər də hüquq və azadlıqlara, sərbəst özünüifadə haqqına malikdirlər. Uşaqların da, deyək ki, uşaqlığı var, hüquqları var, təhlükəsizlikləri, inkişafları və gələcək rifahları onlar üçün çox önəmlidir. Bunu həm də dövlət qurumları təmin edirlər, formalaşdırırlar və müəyyən mənada qarant təminatı hazırlayırlar. Digər bir tərəfdən də sosial şəbəkələrdən istifadə təkcə uşaqlar üçün deyil, həm də müəyyən mənada böyüklər üçün də risklidir. Yəni, şəbəkələrdə kimin-kimin olduğunu təyin etmək çox da asan olmur və hər bir halda real ünsiyyət şəbəkə mühitində keçirilirsə və uşaqların ünsiyyəti burada daha çox aktuallaşırsa, gündəmə gəlirsə, uşaqlar bu davranış tərzini yaşlarına uyğun mənimsəyirsə, sonrakı dönəmlərdə şəbəkədən asılılıq məsələsi daha böyük aktuallıq kəsb etmiş olur. Sosial şəbəkədən asılılıq da normal həyatdan, gerçək sosiallıqdan və yaxud ənənəvi, səmimi ünsiyyətdən, işgüzar ünsiyyətdən bir qədər kənarlaşmaq və şəbəkələr torunda bir qədər itib-batmaq deməkdir. Bu amilləri nəzərə aldıqda düşünürəm ki, valideyn nəzarəti tədbirli, vacibdir, önəmlidir, amma bu təzyiq, təsir, sıxıcı bir qapanma formatında olmamalıdır. Düzgün izah, düzgün yönləndirmə və internetdən düzgün istifadə etmənin stimullaşdırılması, müəyyən bir limitin qoyulması, vaxt istifadəsi və vaxtın düzgün bölüşdürülməsi baxımından, yəni sosial məkanları, sosial şəbəkələri istifadə halında vaxtın sabit tənzimlənməsi və səmərəli idarə etmə burada ən yaxşı üsullardan biridir. Təbii ki, cəmiyyət səviyyəsində bunu sosial nəzarət, ictimai münasibətlər təyin edir, ailə münasibətlərində isə valideyn-övlad münasibətlərinin tənzimləyici rolu daha önəmlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az