Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı bildirilir

30 Sentyabr 2026 10:41 (UTC+04:00)

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

AzNews.az xəbər verir ki, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.