Azərbaycanda məktəblinin meyiti tapıldı

30 Sentyabr 2026 11:55 (UTC+04:00)

Qubada yeniyetmənin meyiti tapılıb.

AzNews.az lent.az-a istinadla xəbər verir ki, hadisə Gömürdəhnə kəndində baş verib.

Kənd sakini 15 yaşlı Zahid Malik oğlu Seyidquliyevun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Mərhumun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir.

Araşdırma aparılır.