Bir "Pitt" daha azaldı

30 Sentyabr 2026 12:48 (UTC+04:00)

Amerikalı aktrisa Ancelina Coli və keçmiş əri Bred Pittin 21 yaşlı qızı Zahara rəsmi olaraq atasının soyadını istifadə etməyi dayandırıb.

Aznews.az xəbər verir ki, məhkəmə adının "Zahara Marley Jolie-Pitt"dən "Zahara Marley Jolie"yə dəyişdirilməsi tələbini qəbul edib. Zahara may ayında Spelman Kollecini bitirdikdə "Jolie" kimi də elan edilib.

Həmçinin məlum olub ki, Coli və Pittin övladlarından biri olan Şiloh 2024-cü ildə 18 yaşına çatdıqdan sonra "Pitt" soyadından rəsmi olaraq imtina edib və 25 yaşlı Maddox bu ay eyni dəyişikliyi edib.

Nuray

Aznews.az