Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi aparılacaq

30 Sentyabr 2026 13:16 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

AzNews.az xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.