Tramp aralıq seçkilərdən sonra Pentaqon rəhbərini istefaya göndərə bilər

30 Sentyabr 2026 16:23 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən sonra müdafiə naziri Pit Heqsetin istefası məsələsinə baxa bilər. Lakin Pentaqon rəhbərinin dəyişdirilməsi onun fəaliyyətinin nəticələrini aradan qaldırmayacaq.

Bu barədə The Washington Post qəzetinin köşə yazarı Teodor R. Conson yazıb.

“Tramp üçün müdafiə nazirinin dəyişdirilməsi onun prezidentliyinin ‘axsaq ördək’ mərhələsi öncəsi faydalı siyasi yenilənmə ola bilər. Hərbçilər üçün isə bundan sonrakı səhər uzun müddət ərzində normallaşma istiqamətində atılacaq addımların ilk günü və ya uzun yaddaşa malik bir qurumda yeni normaların təsdiqlənməsinin başlanğıcı olacaq”, – materialda qeyd olunub.

Müəllifin fikrincə, mümkün kadr dəyişikliklərindən sonra Pentaqon peşəkar standartları, etimadı və sabitliyi bərpa etməli olacaq.

Conson qeyd edir ki, ABŞ prezidentləri aralıq seçkilərdən sonra siyasi kursu düzəltmək və ya hazırkı vəzifəli şəxsləri məsuliyyətdən kənarlaşdırmaq məqsədilə administrasiyanın tərkibində dəyişikliklərə nadir hallarda getmirlər.

Mövsüm,

AzNews.az