Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX-2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair keçirdiyi görüşlər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya müdafiə nazirinin müavini Vasiliy Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.