Haçıqabulda ağır yol qəzası: yaralılar var

1 Oktyabr 2013 14:30 (UTC+04:00)
Hacıqabul rayonunda böyük sürətlə hərəkətdə olan "Toyota" markalı avtomobil qəfildən yola çıxan "BYD" markalı avtomobilə çırpılıb.


APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 14.30 radələrində Hacıqabul-Şirvan avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb. Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Novruzov Turab Rafil oğlunun idarə etdiyi "Toyota" markalı 90 LV 262 dövlət nömrə nişanlı avtomobil Bakı sakini, 1967-ci il təvəllüdlü Məmmədov Elçin Rafiq oğlunun idarə etdiyi "BYD" markalı, 90 VM 317 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "BYD" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, Bakı sakini, 1963-cü il təvəllüdlü Heydərova Ofeliya Səlim qızı kəllə-beyin travması diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az