Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır

1 Oktyabr 2026 15:48 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Macarıstanın Rusiyadakı müvəqqəti işlər vəkilini çağırıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ona Macarıstan hakimiyyətinin 8 sentyabr 2026-cı il tarixli bir neçə rus diplomatı ölkədən çıxarmaq qərarı ilə bağlı etiraz bildirilib. Rusiya bu qərarı əsassız adlandırıb.

Cavab olaraq, Moskvadakı Macarıstan səfirliyinin, eləcə də ölkənin Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir qrup əməkdaşına iki həftə ərzində Rusiyanı tərk etməklə bağlı xəbərdarlıq edilib.