Qərb ölkələrinin Baltik dənizində keçirdiyi hərbi təlimlər və Rusiya gəmilərini saxlamaq cəhdləri eskalasiyaya səbəb olur.
Aznews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiyaya birbaşa hücum ediləcəyi təqdirdə ölkənin sərəncamında olan bütün silahlardan istifadə məsələsi qaçılmaz olaraq gündəmə gələcək.
Rusiya Prezidenti vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin Kalininqrad vilayətinin müdafiəsi ilə bağlı məktubunda nüvə silahlarından istifadə barədə konkret söhbət getmir. Onun sözlərinə görə, sənəddə Rusiyanın sərəncamında olan bütün vasitələrdən istifadə imkanından bəhs olunur.
Putin, həmçinin Rusiyanın başqa ölkələrə hücum etmək niyyətində olmadığını bildirib. O qeyd edib ki, Rusiya “nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050-ci ildə” heç kimə hücum etməyə hazırlaşmır.