Prezidentin köməkçisi: Azərbaycan ABŞ ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb

2 Oktyabr 2026 10:11 (UTC+04:00)

Azərbaycanda ABŞ-nin gələcəkdəki administrasiyalarının Bakı ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edəcəyinə əminlik ifadə olunur.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA-2026 Regional Forumunda bildirib.