Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir

2 Oktyabr 2026 10:14 (UTC+04:00)

Hazırda Bakı ilə Moskva arasında münasibətlər stabildir və mehriban qonşuluq çərçivəsində inkişaf edir.

Aznews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.