Fransada lisey şagirdlərinin etirazları ölkə üzrə yayılır

2 Oktyabr 2026 15:15 (UTC+04:00)

Fransada lisey şagirdlərinin müəllim çatışmazlığı və məktəblərin fiziki vəziyyəti ilə bağlı başlatdığı etiraz dalğası getdikcə böyüyüb.

Yüzlərlə şagirdin saxlanıldığı aksiyalar ölkə üzrə yayılmaqla yanaşı, Belçikaya da keçib.

Alovlar yüksəldi

Parisin 11-ci və 19-cu dairələrində iki ayrı liseyin qarşısında zibil qutuları və metal barrikadalar yandırılıb.

Lion şəhərində də bir sıra liseylərin qarşısında aksiyalar davam edərkən, sentyabrın 30-da şagirdlərin yandırdığı Sen-Jüst liseyində tədris dayandırılıb.

Məktəb və avtobus yandırıldı

Nant şəhərində Nelson Mandela liseyi də dünən şagirdlər tərəfindən yandırılıb.

Məktəbin ətrafındakı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Marseldə isə bir avtobus yandırılıb.

Yanğınsöndürən maşını yandırılıb

Marseldəki Sen-Ekzüperi liseyində aksiyalar zamanı yanğınsöndürən maşını yandırılıb. Hadisələr zamanı bir yanğınsöndürən yüngül xəsarət alıb.

Etirazçılar liseylərin ətrafında hərəkət edən bəzi ictimai avtobusları da ələ keçiriblər.

Mövsüm,

AzNews.az