İsveçrə Prezidenti Giy Parmelen hökumətdə 11 il çalışdıqdan sonra 2026-cı ilin sonunda Federal Şuradakı vəzifəsini tərk edəcəyini açıqlayıb.
Bu barədə “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb.
“Giy Parmelen istefa verir – onunla birlikdə İsveçrə ən yaxşı böhran nazirlərindən birini itirir”, – nəşrin məqaləsində qeyd olunub.
Parmelen qərarını daha gənc nəslə yol vermək istəyi ilə izah edib. Onun sözlərinə görə, xüsusilə geosiyasi çətinliklərin yaşandığı bir dövrdə hökumətə yeni qüvvələr lazımdır.
Siyasətçi İsveçrə prezidenti kimi ikinci müddətinin başa çatmasından sonra ilin sonunda vəzifəsini tərk etməyi planlaşdırır.
Mövsüm,
AzNews.az