Qanunsuz saxlanılan silahlar aşkarlanıb

3 Oktyabr 2026 12:23 (UTC+04:00)

Oktyabrın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng aşkar edərək götürüblər.

AzNews.az xəbər verir bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.