Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

3 Oktyabr 2026 12:23 (UTC+04:00)

Bu il sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,9 bənd təşkil edib.

AzNews.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, aylıq müqayisədə eyni, ilin əvvəlinə nisbətən 2,4 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə 2,2 bənd çoxdur.

Hesabat dövrüdə real effektiv məzənnə 115,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,3 bənd, ilin əvvəlinə nisbətən 0,1 bənd az, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 1,1 bənd çox olub.