Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı

3 Oktyabr 2026 12:25 (UTC+04:00)

Türkiyənin Manisa əyalətinin Soma bölgəsində mədəndə baş verən uçqun nəticəsində həlak olan mədənçilərin sayı 5-ə qalxıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar bildirib.

Dağıntılar altında cəmi 7 nəfər qalıb. İki nəfər sağ çıxarılıb: onlardan biri xəstəxanadadır, digəri isə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, qəza 1 oktyabrda baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Hadisədən sonra mədənin baş meneceri də daxil olmaqla, doqquz nəfər həbs edilib.