Partiyamızın VIII qurultayı və qarşıda dayanan vəzifələr

3 Oktyabr 2026 14:30 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin və xalqımızın həyatında mühüm tarixi hadisə və yeni taleyüklü mərhələnin başlağıcı kimi əlamətdardır.

Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev proqram xarakterli nitqində YAP-ın VII qurultayından ötən dövr ərzində partiyanın fəaliyyətinə və ölkəmizin həyatında baş vermiş mühüm hadisələrə qiymət verdi və qarşıda dayanan vəzifələri diqqətə çatdırdı.

Cənab Prezidentin qeyd etdiyi kimi, VII qurultaydan sonrakı illər ölkəmizin və xalqımızın həyatlnda əlamətdar hadisələr və uğurlarla zəngin olmuşdir. Bu illər ərzində Azərbaycan öz suverenliyini tam bərpa etmiş, siyasi, iqtisadi və hərbi qüdrətini ardıcıl şəkildə möhkəmləndirmiş, sülh gündəliyini formalaşdırmış, Ermənistanla sülh müqaviləsinin mətnini paraflamış, dövlətimizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da güclənmişdir.

Qurultayda aparılan müzakirələr bir daha göstərdi ki, əldə etdiyimiz uğurların yalnız və yalnız bir siyasi və ideoloji mənbəyi vardır: Heydər Əliyev yolu və bu yolu Şuşa ucalığına, Zəngəzur dağlarının zirvələrinə qaldıran İlham Əliyev zəkası, İlham Əliyev cəsarəti, İlham Əliyev liderliyi!

Bu gün fəxrlə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük, ən monolit və ən qüdrətli Partiyasıdır. Eyni zamanda onu da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının gücü xalqın ona olan etimadında, cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirmək və qarşıya qoyulan vəzifələri həyata keçirə bilmək keyfiyyətindədir.

Keçdiyimiz tarixi mübarizə yolu bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarına könüldən bağlı olan, ona sədaqətlə, ləyaqətlə, vicdanla və təmənnasız xidmət edən mərd və mübariz insanların partiyasıdır!

Qurultaydakı nitqində cənab Prezident regionda və dünyada gedən siyasi proseslərə dəqiq qiymət verdi, hər kəsə öz yerini göstərdi və qarşıda dayanan prioritetləri diqqətə çatdırdı.

Bu gün qarşımızda daha böyük miqyasda vəzifələr dayanır: Qələbəni, suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq, davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq – bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir.

Cənab Prezidentin irəli sürdüyü birinci vəzifə - "Biz güclü olmalıylq,-" tezisidir. Bəli, müharibə bitib, düşmən kapitulyasiya aktına qol çəkib. Amma sülh yoxdur, müxtəlif təxribat meyilləri var, düşmənə etibar da yoxdur və olmamalıdır da. Bunu bizə yaşadığımız 200 illik tarix dəfələrlə sübut etmişdir. Nə qədər ki, dünyada və regionda sabitlik yoxdur, nə qədər ki, Azərbaycanın təbii sərvətlərinə, zəngin iqtisadı və loqistik resurslarına göz dikənlər var, nə qədər ki, bizi cəhalətə çəkmək, özlərinin yanlış və mənasız iddialarına ortaq etmək istəyənlər var, biz güclü olmalıylq. Heç kəsə ümid bağlamırıq və bağlamamalıylq. Bu haqsız dünyadan ədalət gözləməməliyik, ədalətimizi özümüz təmin etməliyik və həmişə güclü olmalıylq.

Ona görə də hərbi gücümüzü artırmalıylq. Gələn ilin dövlət büdcəsində müadafiə və təhlükəsizlik xərcləri 9 milyard manata qədər artırılacaqdır, ordumuzun maddi-texniki bazası daha da güclənəcək, müasirləşəcək, hərbçilərimizin maddi və sosial təminatı artırılacaqdır. Biz həm də ideoloji və siyasi təxribatlarla üz-üzəyik və bu təxribatların da vaxtında qarşısını almaq üçün siyasi və ideoloji baxımdan güclü olmalıyıq. Təhsilli, bilikli olmalıyıq, texnoloji yenilikləri, süni intellekt də daxil olmaqla bütün sosial şəbəkə və elektron resursları daimi izləməli və əks təsir yaratmaq üçün proqramlara malik olmalıyıq.

Və ən əsası, birlikdə olmalıylq. Bu müqəqqəs vətənin, torpağın və bayqağın şərəfi hər birimizin, bütövlükdə isə xalqımızın şərəfidir düşüncəsi ilə birlikdə olmalıyıq.

Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin yanında olmalıyıq.

"Qələbənin ata-anası çox olar, məğlubiyyət isə həmişə yetimdir"- atalar sözünü biz 30 illik işğal dövründə və 44 günlük Zəfər savaşından sonrakı dövrdə əyani şəkildə gördük. Nə zaman ki, Azərbaycanın dövləti zəif idi, ölkəmiz yoxsul idi, nə qardaşlarımızdan, nə dostlarımızdan, nə qonşularımızdan bir əməli dəstək görmədik. Daha sözü çox xırdalamaq istəmirəm. Cənab Prezident qurultayda hər şeyi söylədi, bütün daşları yerinə oturtdu. Kimin daş dəyən yeri ağrıyırsa, onun da günahı bizdə deyil. Amma bir daha Böyük Zəfərimizin qələbə düsturunu xatırlatmaq istəyirəm: Böyük Zəfər = Qəhrəman Ordu + Qəhrəman Ali Baş Komandan + Qəhrəman Xalq!

Qalanı isə təfərrüatdır və ticarətdir. Ticarətin içərisində isə maddiyyat da var, siyasət də var, ideologiya da var.

Qarşıda dayanan əsas vəzifələrdən biri də sosial- iqtisadi inkişafımızla bağlıdır. Cənab Prezident qurultayda gələn il üçün sosial zərfin daha da artırılacağının müjdəsini verdi. Gələn il maaşlarımız, pensiyalarımız, müavinətlərimiz təqaüdlərimiz artacaq, xalqımızın sosial rifahı qorunacaqdır. Ölkəmizə qoyulan xarici investisiyanın həcmi daha da artacaqdır, Böyük Qayıdış proqramı daha geniş vüsət alacaqdır.

Əminəm ki, həmişə olduğu kimi, qarşıdakı dövrdə də Liderimizin irəli sürdüyü və prioritet elan etdiyi bütün vəzifələrin öhdəsindən layıqincə gələcəyik. Biz bunları bacaracağıq!

Ulu Öndər Heydər Əliyevin dühasının işığında! Müzəffər Ali Baş Komandanın polad iradəsi ilə bacaracağıq!

Biz birlikdə güclüyük!

Musa URUD,

Milli Məclisin üzvü