Orxan Səfərov: "Cüdoçularımız dünya çempionatında yaxşı çıxış edəcəklər"

3 Oktyabr 2026 15:28 (UTC+04:00)

Azərbaycan cüdoçuları Bakıda keçiriləcək dünya çempionatında yaxşı çıxış edəcəklər.

Aznews.az xəbər verir ki, bu barədə sabiq cüdoçu Orxan Səfərov jurnalistlərə açıqlama verib.

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin məşqçisi yarışla bağlı fikirlərini bölüşüb:

"Püşkatma önəmlidir. Amma bizim idmançılarımızın hər biri reytinqdə yuxarı pillədə qərarlaşıb. İdmançılarımızın hər birinə inanırıq. Cüdoda proqnoz vermək çətindir. Hər dəfə sürpriz adların şahidi oluruq. Düşünürəm ki, komandamız Bakıda da yaxşı çıxış edəcək".

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.