Ərzaq təhlükəsizliyi barədə hesabat açıqlandı

1 Oktyabr 2013 16:11 (UTC+04:00)
BMT-nin ərzaq təhlükəsizliyi barədə hesabatı açıqlanıb.

Hesabatda hazırda dünyada 8 nəfərdən 1-nin xroniki aclıqdan əziyyət çəkdiyi qeyd olunur.

BMT ekspertləri 2015-ci ilə qədər dünyanın bəzi regionlarında aclıqdan əziyyət çəkənlərin sayının iki dəfəyə qədər artacağı barədə xəbərdarlıq ediblər. Hesabatda 2011-2013-cü illər ərzində dünya əhalisinin 12 faizinin, yəni 842 milyon insanın xroniki aclıqdan əziyyət çəkdiyi bildirilir.(lent.az)


AzNews.az