Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

3 Oktyabr 2026 20:31 (UTC+04:00)

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb.

Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alnıb.

İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Taleh Əliyev və bacısı, 1996-cı il təvəllüdlü Əsmayə Əliyeva kimyəvi maddənin yanıq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hər iki şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.