UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib

4 Oktyabr 2026 17:05 (UTC+04:00)

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçına start verilib.

Aznews.az xəbər verir ki, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.