Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis hiss edib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.