Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib

5 Oktyabr 2026 10:43 (UTC+04:00)

Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Jalə Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.