İspaniyada növbədənkənar seçkilər noyabrın 29-da keçiriləcək

5 Oktyabr 2026 12:40 (UTC+04:00)

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə növbədənkənar parlament seçkilərinin noyabrın 29-da keçiriləcəyini açıqlayıb.

Bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

Hökumət başçısı müvafiq açıqlamanı Monkloa sarayında verib.

Növbədənkənar seçkilərin keçirilməsi qərarı cümə günü İspaniya Konqresinin mənzil probleminin həlli ilə bağlı tədbirləri nəzərdə tutan iki kral dekretini rədd etməsindən sonra qəbul edilib.

Qeyd olunur ki, bundan sonra Sançes növbədənkənar seçkilərin keçirilməsinin məqsədəuyğun olub-olmadığını düşünmək üçün həftəsonu fasilə götürüb.

Baş nazir qərarını ictimaiyyətə açıqlamazdan əvvəl İspaniya Kralı VI Felipeyə bu barədə məlumat verib.

Mövsüm,

AzNews.az