Nigeriyada orduya məxsus helikopter hələlik müəyyən edilməyən səbəbdən qəzaya uğrayıb.
Aviasiya Nazirliyi 25 sərnişin və 7 heyət üzvünü daşıyan helikopterin Ondo əyalətinin İqbokodada yerləşən Dəniz Bazasının yaxınlığına düşdüyünü bildirib.
Tələfatla bağlı rəsmi açıqlama verilməyib
Helikopterin qalıqlarının yeri müəyyən edilib və ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik rəsmi açıqlama verilməyib.
Mövsüm,
AzNews.az