Braziliyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri açıqlanıb.
Braziliya mətbuatı səslərin ən azı 99,99 faizinin hesablandığını bildirib.
Seçkilər ikinci tura qalıb
Keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro səslərin 47,03 faizini toplayaraq birinci turu öndə başa vurub. Hazırkı prezident Lula da Silva isə 45,16 faiz səslə ikinci olub.
Namizədlərin heç biri etibarlı səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün seçkilərin ikinci tura qaldığı bildirilib.
Bolsonaro və Silva qarşı-qarşıya gələcək
İkinci turun oktyabrın 25-də keçiriləcəyi və birinci turda ən çox səs toplayan iki namizəd – Bolsonaro və Lula da Silvanın yenidən qarşı-qarşıya gələcəyi qeyd olunub.
Mövsüm,
AzNews.az