Fransada lisey şagirdlərinin kütləvi etirazları ilə əlaqədar 1,8 mindən çox şəxs barəsində məhkəmə işi başlanıb.
Bu barədə “Le Figaro” qəzeti Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Nazıra görə, hazırda 1802 nəfər barəsində cinayət təqibi həyata keçirilir”, – nəşr yazıb.
Bildirilir ki, onların 319-u yetkin, 1483-ü isə yetkinlik yaşına çatmayan şəxslərdir.
Mövsüm,
AzNews.az