Avropa ölkələrinə səfəri öncəsi jurnalistlərə açıqlama verən ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının husilərin hücumları qarşısında “özünü müdafiə etmək hüququ”nun olduğunu vurğulayıb.
“ABŞ-nin Səudiyyə Ərəbistanı ilə müdafiə və təhlükəsizlik sazişi var və biz buna sadiq qalmaq niyyətindəyik”, – Rubio deyib.
Babülməndəb boğazı ətrafında nəzarət məsələsinə toxunan Rubio həm Yəmənin, həm də Səudiyyə Ərəbistanının dəniz dəhlizinin yaxınlığında husilərin nəzarətini istəmədiyini bildirib.
Yəmən Prezidentlik Liderlik Şurasının sədri Rəşad əl-Əlimi paytaxt Sənanın nəzarətini yenidən ələ keçirmək məqsədilə husilərə qarşı hərbi əməliyyata başladıqlarını açıqlayıb.
Yəmən ordusu Qırmızı dənizlə Ədən körfəzini birləşdirən mühüm dəniz dəhlizi olan Babülməndəb boğazı boyunca strateji mövqeləri ələ keçirdiklərini bildirib.
Mövsüm,
AzNews.az