Yəməndəki İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına ballistik raketlər atıb.
Husilər hücumlar zamanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid hava limanını vurduqlarını və hava nəqliyyatında fasilələrin yarandığını iddia ediblər.
Bölgədə baş verən hadisələrdən sonra Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirlikləri Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclasını keçirib.
Toplantının ardından birgə açıqlama yayılıb.
Birgə açıqlamada bildirilib:
“Komitə kollektiv müdafiə öhdəliklərinin həyata keçirilməsinə təxirəsalınmaz şəkildə başlanılması, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, razılaşdırılmış hərbi qüvvə və imkanların müəyyən edilmiş mexanizmlər çərçivəsində Səudiyyə Ərəbistanına təqdim edilməsi və onların sürətlə yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsi barədə qərar qəbul edib. Bununla da təhdidlərə qarşı hazırlıq səviyyəsinin, hərbi inteqrasiyanın və kollektiv imkanların gücləndirilməsi nəzərdə tutulur”.
Açıqlamada Məkkə və Mədinənin hədəfə alınması cəhdləri, eləcə də Səudiyyə Ərəbistanındakı şəhərlərə, mülki və iqtisadi obyektlərə qarşı davam edən hücumlar ən sərt şəkildə pislənib.
Tərəflərin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər cür hücum və ya təhdidi qətiyyətlə rədd etdiyi bildirilib.
Mövsüm,
AzNews.az