16 nəfər təyyarədə yandı

1 Oktyabr 2013 17:31 (UTC+04:00)
ABŞ-ın İdaho şəhərindən Kaliforniya ştatına uçan xüsusi təyyarə "Santa Monica" hava limanına eniş edərkən idarətetməni itirərək anqara çırpılıb və yanmağa başlayıb.

ANS PRESS-in "New York Daily" qəzetinə istinadən verdiyi xəbərə görə, baş verən yanğın nəticəsində təyyarədə olan pilot və sərnişinlər diri-diri yanıblar.

Məlumata görə, xilasetmə dəstəsi hadisə yerinə vaxtında çatsa da, od tutb yanan anqar təyyarənin üstünə çökdüyü üçün yanğına müdaxilə edə bilməyiblər. Onlar ancaq bir neçə saat sonra metal anqarı qaldırıcı kranların köməyi ilə qaldırmağa nail olublar.

Təyyarədə pilot heyəti birlikdə 16 nəfərin olduğu və onların hamısının yanaraq həlak olduğu bildirilir.

AzNews.az