"Problemlər nümayişkaranə raket buraxılışları ilə deyil, dialoq yolu ilə həll olunmalıdır".
Aznews.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransanın strateji ballistik raketin sınaq buraxılışına münasibət bildirərkən deyib.
O, Avropanın militarizasiya ideyasına aludə olduğunu söyləyib.
"Avropa Avropa İttifaqını, yəni iqtisadi bloku militarizasiya etmək və onu hərbi-siyasi bloka çevirmək planlarına aludə olub. Yəni, indi onun üç ölçüsü olacaq, bizim başa düşdüyümüz kimi: iqtisadi, hərbi və hərbi-siyasi. Bu, pisdir, çünki onlar müdafiə və təhlükəsizlik kimliklərini Rusiya Federasiyası ilə qarşıdurma əsasında qururlar. Bu, çıxılmaz yoldur. Tarixin göstərdiyi kimi, bu, yaxşı heç nəyə gətirib çıxarmır. Əlbəttə ki, bu cür aqressiv hərəkətlər fonunda, bu cür planlar fonunda Rusiya pusqudadır. Biz milli təhlükəsizliyimizi strateji səviyyədə təmin etmək üçün bütün lazımi tədbirləri görürük. Amma eyni zamanda, prezidentin dəfələrlə dediyi kimi, biz dialoqa açığıq", - Kremlin sözçüsü vurğulayıb.