Əraqçi İranın Azərbaycandakı səfiri ilə Tehran-Bakı münasibətlərinin son vəziyyətini müzakirə edib

7 Oktyabr 2026 17:15 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Aznews.az xəbər verir ki, görüşdə Tehran-Bakı münasibətlərinin son durumu və qarşıdakı perspektivləri müzakirə edilib.

Söhbət əsnasında ikitərəfli münasibətlərlə bağlı son hadisələr və proseslər nəzərdən keçirilib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar, eləcə də iki ölkə arasında davamlı qarşılıqlı əlaqələrin və məsləhətləşmələrin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.