Qırğızıstanın Mərkəzi Asiya ölkələri və Azərbaycanla ticarət dövriyyəsi son dörd ildə, demək olar ki, iki dəfə artaraq 2025-ci ilin yekunları üzrə 3,5 milyard dollara çatıb.
Aznews.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə bu beş dövlətdən Qırğızıstana daxil olan investisiyaların məbləği 140 milyon dolları ötüb.
"Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri dayanıqlı iqtisadi əlaqələrlə möhkəmləndirilməlidir", - Japarov vurğulayıb.