Məktəbli 1 milyon pul oğurladı

1 Oktyabr 2013 19:12 (UTC+04:00)
Ermənistanda qeyri-adi cinayət işi baş verib. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, 9-cu sinif şagirdi kompüter texnikasından istifadə etməklə bank hesabından 1 milyon dram (təxminən 2500 dollar) götürüb.

Hadisə bir neçə ay öncə başlayıb və yaşlı qadın polisə müraciət edərək VISA kredit kartının itdiyini söyləyib. Bir gündən sonra polisə bankdan zəng edərək bildiriblər ki, kartı geri qaytarıblar. Qadının hesablamasına görə, kartda bir neçə ayın maaşı yığılmalı idi və kartda 1 mln dram pul yığılmalı idi. Amma faktiki olaraq hesabda pul qalmamışdı.

Araşdırma nəticəsində məlum olub ki, pulları hesabdan 9-cu sinif şagirdi kompüter texnikasından istifadə etməklə oğurlayıb. Polis cinayət işini dayandırıb, çünki uşağın yetkinlik yaşı çatmadığı ortaya çıxıb və ailəsi borca girərək hesabdan çəkilmiş pulun əvəzini ödəyib.

Amma baş verənlər başqa bir gerçəyi ortaya çıxarıb - Ermənistandan hakimiyyətdə olan "Qarabağ" klanı vətəndaşları elə müflis hala gətirib ki, 9-cu sinif şagirdi belə həbsxanadan qorxmayaraq 1-2 min dollara görə cinayət etməyə məcbur olub.(ANS PRESS)