Fransada 375 liseydə təhsil prosesi etirazlar səbəbilə pozulub

8 Oktyabr 2026 16:44 (UTC+04:00)

Fransada davam edən yuxarı sinif şagirdlərinin etirazları səbəbindən 375 liseyin fəaliyyəti tam və ya qismən pozulub.

Bu barədə “Franceinfo” radiosu məlumat yayıb.

“Nazirlər Kabinetinin proqnozlarına görə, cümə axşamı səhər 224 məktəb tamamilə bağlanıb, 151 məktəbdə isə təhsil prosesi qismən bərpa olunub”, - deyə məlumatda bildirilib.

Ümumilikdə liseylərin 94 faizi səhər saatlarında tam və ya qismən fəaliyyət göstərib.

“Gazeta.Ru”nun məlumatına görə, etirazlardan təsirlənən təhsil müəssisələrinin sayı son sutka ərzində təxminən 30 faiz azalıb.

Mövsüm,
AzNews.az