İki yaşlı uşağı abort etdilər - VİDEO

1 Oktyabr 2013 19:45 (UTC+04:00)
Bu günlərdə Çinin Xuasi şəhərinin xəstəxanalarından birinə gətirilmiş iki yaşlı Sya Feninin qarnı elə şişirmiş ki, kənardan onu hamilə sayıblar. ANS PRESS "Daily Mail"ə istinadən bildirir ki, həkimlərin diaqnozu demək olar ki, təsdiq edilib və onu abort etməyə məcbur olublar.

Oğlanın içində parazit döl yaşayırmış. Uşağın qarnı elə şişib ki, artıq nəfəs ala bilmirmiş. Rentgen göstərib ki, uşağın qarnında əkiz qardaşı yaşayaraq inkişaf edir. Dölün boyu 20 sm-ə çatıbmış. Onun bütünlüklə onurğası, ayaqları və əlləri formalaşıbmış. Parazit əkiz öz qardaşının mədəsinnin üçdə ikisini tuturmuş. Həkimlərin dediyinə görə, yumurta döllənmə zamanı düz yerləşmədikdə bu cür əkiz sistemi formalaşır.
(ANS PRESS)