Tramp Maskı mükafatlandırdı

9 Oktyabr 2026 00:27 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Amerikanın ən iri şirkətlərinin rəhbərlərinə elmi və texnoloji nailiyyətlərinə görə ən yüksək dövlət mükafatlarını təqdim edib.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Vaşinqtondakı Sülh İnstitutunda keçirilib.

ABŞ-nin Milli Elm medallarını "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask, "Google"un həmtəsisçisi Sergey Brin, həmçinin "Nvidia" və "AMD"nin rəhbərləri Censen Huanq və Liza Su alıblar. "Dell Technologies"in rəhbəri Maykl Dell və "Microsoft"un rəhbəri Satya Nadella Texnologiya və innovasiyalar üzrə Milli medallar alıblar.

Mükafatı Maska təqdim edən Tramp onu "müasir dövrün Tomas Edison"u, Brini isə insanların məlumata çıxışını dəyişdirən vizioner adlandırıb.

Prezident mərasimdə həmçinin 1983-cü ildə özü Milli Elm medalını almış əmisi, fizik və MIT professoru Con Trampı xatırlayıb. Onun mükafatı təntənəli şəkildə hazırkı prezidentə təqdim edilib.