Azərbaycan neftinin qiyməti 133 dolları keçib

9 Oktyabr 2026 09:39 (UTC+04:00)

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,04 ABŞ dolları və ya 6,42 % artaraq 133,23 ABŞ dolları təşkil edib.

Bu barədə Aznews.az Report.az-a istinadən xəbər verir.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 135,74 ABŞ dolları təşkil edib.